Belarusda prezident seçkilərində seçicilərin 50%-dən çoxu səs verib, seçkilər baş tutub.
"Unikal" xəbər verir ki, bu barədə Belarus Mərkəzi Seçki Komissiyasının sədr müavini Aleksey Başan məlumat verib.
Son məlumata görə, seçici fəallığı 56,64% təşkil edib:
Minsk şəhəri - 51,29%, Brest vilayəti - 61,34%, Vitebsk vilayəti - 54,40%, Qomel vilayəti - 62,84%, Qrodno vilayəti - 54,96%, Mogilev vilayəti - 58,71%, Minsk vilayəti - 54,27% .
Mərkəzi Seçki Komissiyasının sədr müavini seçici fəallığının yüksək olduğunu vurğulayaraq, son iki saat ərzində seçicilərin 9 faizinin səs verdiyini diqqətə çatdırıb.