AZ

Trampdan qalmaqallı təklif- Fələstinlilər Qəzzadan ərəb ölkələrinə köçürülsün…

Image

ABŞ-ın yeni prezidenti Donald Tramp Qəzzada fələstinlilərlə bağlı qalmaqallı təklif irəli sürüb. O, fələstinlilərin qaçqın kimi ərəb ölkələrinə göndərilməsini təklif edib. Tramp deyib ki, fələstinlilər üçün sülh içində yaşaya biləcəkləri başqa yerdə ev tikilməlidir.

Yeni prezident bu məsələ ilə bağlı İordaniya Kralı II Abdulla ilə telefonla danışdığını və Misir prezidenti Əbdülfəttah əs-Sisi ilə də görüşəcəyini bildirib: "Misirin insanları qəbul etməsini istərdim. Söhbət bir milyon yarım insandan gedir və oranı tamamilə təmizləyib, "Bitdi" deməliyik".

Trampın fələstinli qaçqınların qəbulu məsələsində Kral Abdullaya "Mən sizin daha çox qaçqın qəbul etmənizi istəyirəm. Çünki Qəzza zolağına baxıram, ora darmadağın olub. Həqiqətən də bərbad vəziyyətdədir" dediyi bildirilir.

Bölgədə "əsrlər boyu bir çox münaqişələrin" olduğunu deyən Tramp fələstinli qaçqınların ərəb ölkələrinə yerləşdirilməsinin "müvəqqəti və ya uzunmüddətli ola biləcəyini" bildirib.

"Hazırda burada demək olar ki, hər şey dağıdılıb və insanlar orada ölür. Ona görə də, bəzi ərəb ölkələri ilə bir araya gəlib, fələstinlilər üçün sülh içində yaşaya biləcəyi başqa yerdə ev tikməyi üstün tuturam" – deyə Tramp bildirib.

TAHİR





Seçilən
46
33
baki-xeber.com

10Mənbələr