AZ

Böyük Britaniyanın XİN başçısı Konqodakı vəziyyətdən narahatdır

Böyük Britaniyanın xarici işlər naziri David Lammy Ruanda prezidenti Pol Kaqame ilə telefon danışığında Ruanda ilə Konqo Demokratik Respublikası (KDR) arasındakı sərhəddə gərginliyin azaldılmasına nail olmaq zərurətindən danışıb.

“İki sahil” xəbər verir ki, bu barədə Böyük Britaniyanın xarici işlər naziri Devid Lemmi “X”də yazıb.

XİN başçısı qeyd edib ki, London Konqo ilə sərhəd Qoma şəhəri yaxınlığındakı vəziyyətdən narahatdır: "Mülki əhalinin kütləvi şəkildə qaçması, itkilər və BMT sülhməramlılarının ölümü ilə nəticələnən Qomaya hücumlardan dərin narahatlıq keçirirəm. Mən Paul Kaqame ilə danışdım və Ruanda və KDR-nin təcili danışıqlar masasına qayıtmasının vacibliyini vurğulayaraq gərginliyi azaltmağa çağırdım”.

Son üç həftədə “23 Mart Hərəkatı” (M23) qrupunun üsyançıları Konqonun şərqindəki Qoma şəhərinə yeni hücuma başlayıb. Onların qabaqcıl bölmələri şəhərdən 20 km aralıda yerləşir. Qomada elektrik, su və mobil telefon xidməti yoxdur, ərzaq və zəruri əşyaların çatdırılması üçün marşrutlar bağlanıb. Şəhərin əhalisi 2 milyon nəfərə çatır.

M23 qrupu 2012-ci ildə Konqo ordusu sıralarından fərarilər tərəfindən yaradılıb. Əksəriyyəti tutsi olan üsyançı qruplar 2021-ci ilin yanvarında KDR-nin şərqində döyüşməyə başlayıb. Onlar Şimali Kivu vilayətində bir neçə şəhər və 100-dən çox kəndi ələ keçirə biliblər. KDR hökuməti Ruandanı üsyançılara dəstək verməkdə ittiham edir.

Məhərrəm Ağalaroğlu, “İki sahil”

Seçilən
13
6
ikisahil.az

10Mənbələr