Konqo Demokratik Respublikasında “M23” üsyançıları ilə hökumət qoşunları arasında toqquşma olub.
“Qafqazinfo” xəbər verir ki, bununla bağlı BBC məlumat yayıb.
Bildirilib ki, “M23” üsyançıları Konqo Demokratik Respublikasının şərqindəki Qoma şəhərinin mərkəzinə daxil olub.
Hava limanından şimala doğru hərəkət edən “M23” üsyançıları bu bölgəyə nəzarət etdiklərini deyirlər. BMT mənbələri də üsyançıların Qoma hava limanına nəzarət etdiyini təsdiqləyib.
Qeyd edək ki, üsyançılarla Konqo ordusu arasındakı qarşıdrumalar nəticəsində yüzlərlə insan yaralanaraq xəstəxanalara aparılıb, on minlərlə insan isə şəhəri tərk etməli olub.