AZ

Ötən il 216 uşaq dövlət uşaq müəssisələrindən ailələrinə qaytarılıb

Reinteqrasiya tədbirləri nəticəsində ötən il daha 216 uşaq dövlət uşaq müəssisələrindən ailələrinin himayəsinə qaytarılıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb.

Məlumatda bildirilib ki, görülmüş preventiv tədbirlər nəticəsində ötən il 182 uşağın ailələri tərəfindən müəssisələrə verilməsinin qarşısı alınıb, həmin uşaqların öz ailələrində saxlanması təmin olunub.

Ümumilikdə, ötən dövrdə Agentlik 664 uşağın müəssisələrdən ailələrinə qayıdışına nail olub, 547 uşağın ailələri tərəfindən müəssisələrə verilməsinin qarşısı alınıb.

Uşaqların həmin müəssisələrə düşməsinin qarşısının alınması üçün də həssas qruplara aid uşaqlar və ailələri ilə bağlı Ailə İnkişaf Planları əsasında sosial-psixoloji dəstək və maarifləndirmə işləri də aparılır.

Seçilən
10
13
bakivaxti.az

10Mənbələr