Macarıstan Rusiyaya qarşı sanksiyaların uzadılıb-uzadılmaması ilə bağlı qərarını Avropa Komissiyasından gələcək enerji təhlükəsizliyinə təminat almasından asılı olaraq verəcək.
“İki sahil” TASS-a istinadla xəbər verir ki, bunu Macarıstanın xarici işlər və xarici iqtisadi əlaqələr naziri Peter Siyarto Aİ xarici işlər nazirliklərinin rəhbərlərinin Brüsseldə keçirilən görüşündən əvvəl bildirib.
"Bizim səsimiz Avropa Komissiyasının gələcəkdə Aİ-yə üzv ölkələrin enerji təhlükəsizliyinin Aİ-dən kənardan gələn təhlükə ilə təhdid edildiyi bütün hallarda lazımi tədbirləri görəcəyinə zəmanət verib-verməməsindən asılı olacaq", - deyə, Siyarto sosial mediada yazıb. .
Bundan əvvəl Siyarto Aİ-dən Macarıstanın enerji təhlükəsizliyinə təminat tələb edib.
Polşanın baş naziri Donald Tusk macar həmkarı Viktor Orbanı Rusiyaya qarşı əlavə sanksiyaların qarşısını alacağı təqdirdə bunun mümkün nəticələri olacağı ilə hədələyib.