AZ

Üsyançıların lideri Konqonun şərqindəki Qoma şəhərini ələ keçirdiyini bildirib

Konqo üsyançı qruplaşmasının "23 Mart (M23) hərəkatı"nın lideri Kornel Nanqaa Konqo Demokratik Respublikasının (DRC) şərqindəki Qoma şəhərinin tutulduğunu elan edib.

Qaziler.az bildirir ki, o, bu barədə yanvarın 27-də "Reuters" agentliyinə məlumat verib.

"Qoma bizim əlimizdədir", - deyə Nanqaa bildirib.

Nəşr öz növbəsində şəhərin üsyançılar tərəfindən tamamilə ələ keçirilib-keçirilmədiyini müəyyənləşdirməyin hələlik mümkün olmadığını vurğulayıb.

Nəşrin məlumatına görə, şəhərdə xaos hökm sürür: sakinlər təsadüfi atəş səslərindən, elektrik enerjisinin kəsilməsindən, yolların və hava məkanının bağlanmasından şikayətlənirlər.

BMT-nin Konqodakı sülhməramlı missiyasının rəhbəri Bintou Keyta videobağlantı vasitəsilə keçirilən Təhlükəsizlik Şurasının iclasında “Başqa sözlə, biz tələdəyik”, - dedi.

QAZİLER.AZ

Seçilən
10
7
qaziler.az

10Mənbələr