Təbrizdə yaşayan mədəni fəal və keçmiş siyasi məhbus Vəhid Əbhəri təhlükəsizlik idarəsinə çaırılıb.
Bu barədə yerli insan haqları fəalları məlumat yayıb.
Məlumata görə, təhlükəsizlik idarəsinin əməkdaşı yanvarın 25-də Vəhid Əbhəriyə zəng edərək onun qeyd olunan idarəyə getməsini tələb edib.
Çağırışın səbəbi barədə mədəni fəala açıqlama verilməyib.
Qeyd edək ki, 2024-cü il noyabrın 23-də həbs edilərək Təhlükəsizlik və Kəşfiyyat Nazirliyinn yerli istintaq təcridxanasına aparılan Vəhid Əbhəri, noyabrn 28-də Təbriz həbsxanasına köçürülüb və dekabrın 3-də 200 milyon tümən girov qarşılığında müvəqqəti olaraq sərbəst buraxılıb.
O, bundan əvvəl də, mədəni fəaliyyətlərinə görə bir neçə dəfə həbs edilib.
visiontv.az