Kolumbiya ABŞ tərəfindən hava yolu ilə deportasiya edilən qeyri-qanuni miqrantları daşıyan təyyarələrin enişini qəbul edib.Ağ Evin sözçüsü Karolin Leavitt iki ölkə arasında gərginliyə səbəb olan qeyri-qanuni miqrasiya məsələsi ilə bağlı açıqlama verib.Leavitt bildirib ki, Kolumbiya hökuməti prezident Donald Trampın Birləşmiş Ştatlara qaytarılan bütün qanunsuz əcnəbilərin məhdudiyyətsiz və gecikmə olmadan ölkəyə qəbulu ilə bağlı bütün şərtlərini qəbul edib.Leavitt Kolumbiyadan gələn bütün mallara 25 faiz tarif tətbiq edəcək və bir həftə ərzində bunu yüzdə 50-yə qaldıracaq tarif əmrlərinin ehtiyat tədbiri olaraq saxlanılacağını və imzalanmayacağını da söyləyib.Leavitt deyib ki, Tramp deportasiya edilənləri daşıyan ilk uçuşun uğurla başa çatana qədər Kolumbiya rəsmiləri üçün viza məhdudiyyətlərini və Kolumbiyadan gələn mallara gömrük yoxlamalarını davam etdirəcək.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta