AZ

Sürücü maşına sayrışan işıqquraşdırıb hər cür qayda pozdu- VİDEO

Paytaxtda yol hərəkəti qaydalarını kobud şəkildə pozan sürücü videolarını sosial şəbəkə hesabında paylaşıb.

Avtosfer.az-ın məlumatına görə, 77-YR-785 dövlət nömrə nişanlı “Chevrolet Cruze” markalı avtomobilin sürücüsü yolda təhlükəli manevrlər edib. Belə ki, o, qoşa xəttin tələbini pozaraq axına qarşı hərəkət edib. Eyni zamanda sürücü maşının ön alın şüşəsinə operativ nəqliyyat vasitələri üçün nəzərdə tutulmuş göy və qırmızı sayrışan işıq siqnalları quraşdırıb. Digər görüntüdə o, manevr edərək öndəki nəqliyyat vasitəsiylə toqquşmaqdan son anda yayınıb. Axşam saatlarında qeydə alınmış digər videoda isə, sürücü əl əyləcini çəkərək avtomobili əks istiqamətə fırladıb və bu zaman hərəkətdə olan nəqliyyat vasitəsinə qəza riski yaradıb. 

Nərmin

Seçilən
40
10
avtosfer.az

10Mənbələr