BMT-nin Beynəlxalq Qərəzsiz və Müstəqil Suriya Mexanizmi təşkilatının (IIIM) sədri Robert Petit Əsəd rejimi tərəfindən məhv edilmiş sənədlərin tapıldığını açıqlayıb.
AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, təşkilatdan bildirilib ki, Bəşər Əsəd devrilməsindən əvvəl törətdiyi cinayətlərə dair sübutları məhv etməyə çalışıb.
Petit qeyd edib ki, müvəqqəti Suriya hökuməti rejim dövründə törədilən cinayətlərin sübutlarını aşkarlayacaq.
Təşkilat sədri ejimin cinayətlərinə qarşı ən yaxşı sübutların məhkəmə orqanlarına çatdırılmasının vacibliyinə diqqət çəkib.
O bildirib ki, bu prosesdə Beynəlxalq Cinayət Məhkəməsi (ICC) və ya digər məhkəmələr işə qarışacaq.
\"Ümid edirəm ki, Əsəd bir gün törətdiyi cinayətlərə görə cavab verməli olacaq”, - deyən Petit beynəlxalq standartlara uyğun məhkəmə proseslərinin dəstəklənməli olduğunu vurğulayıb.