Fransanın paytaxtı Parisdə tarixi binalardan birində yanğın baş verib.
“Qafqazinfo” xəbər verir ki, hadisə Parisin 12-ci rayonunun bələdiyyəsinə aid binada qeydə alınıb.
Nəticədə binanın damı və zəng qülləsi külə dönüb. Bununla belə, xəsarət alan olmayıb.
Hələlik yanğının baş vermə səbəbi bəlli deyil. Hadisə yerinə 150-yə yaxın yanğınsöndürən cəlb olunub.
Qeyd edək ki, bina 19-cu əsrə aiddir. Binanın yuxarı hissəsinin uçma təhlükəsi var.