AZ

İspaniya millisi baş məşqçisi ilə müqavilə müddətini artırıb

İspaniya millisi baş məşqçisi Luis de la Fuente ilə müqavilə müddətini artırıb.

"Report" xəbər verir ki, bu barədə İspaniya Kral Futbol Federasiyası məlumat yayıb.

63 yaşlı mütəxəssis yığma ilə 2028-ci ilə qədər yeni sözləşmə imzalayıb.

Qeyd edək ki, Luis de la Fuente 2022-ci ildən İspaniya millisini çalışdırır. Onun rəhbərliyi altında komanda 2024-cü il Avropa çempionatının qalibi olub.

Seçilən
2
12
report.az

10Mənbələr