AZ

"Fransa birmənalı şəkildə Azərbaycana qarşı keçirdiyi linç siyasətinə son qoymalıdır" - AÇIQLAMA

"Fransa birmənalı şəkildə Azərbaycana qarşı keçirdiyi linç siyasətinə son qoymalıdır" - AÇIQLAMAAzərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə Fransanın XİN başçısı Jan-Noel Barroya cavab verib.

"Fransanın xarici işlər naziri Jan-Noel Barronun Azərbaycanı dənizaşırı ərazilərin işlərinə qarışmaqda ittiham edən şərhi Fransanın Yeni Kaledoniya yerli əhalisinin tələblərinə qarşı hərəkətsizliyini ört-basdır etmək cəhdidir".

Politoliq Tural İsmayılov Sonxeber.az - a açıqlamasında bildirib ki, Fransanın Xarici İşlər Nazirliyinin yaydığı açıqlama absurddur:

"Fransanın Xarici İşlər Nazirliyinin yaydığı açıqlama absurdluğu ehtiva edir. Birincisi Fransa dövlət olaraq öz üzərinə düşən öhdəlikləri yerinə yetirməlidir. Bu gün çağdaş dünyanın prinsiplərinə uyğun gəlməyən kolonizasiya siyasətinə davam etdirmək, başqa ərazilərdə 21-ci əsrdə müstəmləkələr saxlamaq biabırçılıqdır. Nə insan haqları nə də dövlət etikasına sığmayan bir şeydir. Fransanın hərəkətləri bir daha göstərir ki, bu ölkənin nə aydın təfəkkürü var, nə də sağlam mövqeli yanaşması. Onlar belə addımlarla özlərinin düşdüyü çirkab vəziyyəti daha da dərinləşdirirlər. Mən hesab edirəm ki, Fransa birmənalı şəkildə Azərbaycana qarşı keçirdiyi linç siyasətinə son qoymalıdır. Eyni zamanda atdığı qəbuledilməz addımlara görə beynəlxalq hüquq qarşısında cavab verməlidir. Amma təəssüflər olsun ki, dünya Fransanın bu neonkolonist siyasətinə qarşı obyektiv rəy vermir, səsini çıxara bilmir. Bu da dövlətlərarası münasibətlərə təsir edir. Hesab edirəm ki, Azərbaycanın Xarici İşlər Nazirliyi Fransaya çox laiqincə və yerində cavab verib. Bu gün Fransanın müstəmləkə əsarətində saxladığı coğrafiyalarda insanlara qarşı sayğısız addımları onların rəzil vəziyyətinin göstəricisidir".

Çiçək Sadatova

Seçilən
27
20
sonxeber.az

10Mənbələr