Bakı, TurkicWorld
Fransanın xarici işlər naziri Jan-Noel Barrot, Brüsseldəki Aİ ölkələrinin xarici işlər nazirlərinin toplantısından əvvəl Suriyaya qarşı bəzi sanksiyaların ləğv ediləcəyini açıqlayıb.
TurkicWorld xəbər verir ki, Barrot bildirib ki, bu qərar Suriyanın enerji, nəqliyyat və maliyyə sektorlarına tətbiq edilən bəzi sanksiyaların dayandırılmasını əhatə edəcək.
Belə ki, bu sanksiyalar, ölkənin iqtisadi sabitliyini təmin etməsini və iqtisadi fəaliyyətə başlamasını maneə törətmişdi.
Nazir, sanksiyaların dayandırılmasının Suriyadakı mövcud vəziyyətlə birbaşa əlaqəli olduğunu vurğulayıb və bu addımın ölkənin yenidənqurma prosesinə dəstək olacağına inandığını qeyd edib.