AZ

Ankarada Türkiyə-İran Qarışıq İqtisadi Komissiyasının iclası keçirilib

Bakı, TurkicWorld

Türkiyə Ticarət naziri Ömər Bolat və İranın Yol və Şəhərsalma naziri Ferzane Sadık Türkiyə-İran Qarışıq İqtisadi Komissiyasının (KEK) Toplantısı çərçivəsində görüşüblər.

TurkicWorld xəbər verir ki, Bolat, İran nümayəndə heyətini Ankarada qəbul etməkdən məmnun olduğlarını bildirib.

Sözügedən görüşdə Bolat, iki ölkə arasında anlaşma memorandumu imzalandığını xatırladıb.

"Bu müqavilə ticarət, gömrük, kənd təsərrüfatı, investisiya, maliyyə, nəqliyyat və turizm sektorlarında əməkdaşlıq və ticarətin artırılmasını əhatə etdi. Prezidentlər iki ölkə arasında orta müddətli ticarət dövriyyəsini 30 milyard dollara çatdırmaq üçün razılaşdılar.",- deyə Bolat bildirib.

Qeyd edək ki, keçən il Türkiyə ilə İran arasında qarşılıqlı ticarətin əhəmiyyətli dərəcədə artıb. 2024-cü ildə Türkiyədən İrana xarici ticarət həcmi təxminən 500 milyon dollar artıb.

Seçilən
10
50
turkic.world

10Mənbələr