AZ

Rusiyada insanlar çiy yumurtadan sistemlə müalicəyə keçib




Rusiyada populyarlaşan yumurta venadaxili sistemi artıq həkimləri həyəcan təbili vurmağa vadar edib.


“Medicina” xəbər verir ki, infeksionist Olqa Stolyarovainsanları çiy yumurta ilə venadaxili inyeksiyadan çəkinməyə çağırıb.

Doktor Stoyarova çiy yumurtanın venadaxili tətbiqinə qarşı xəbərdarlıq edərək, bu təcrübənin ölüm riskini artırdığını bildirib.


“ Əvvəldən kimsə inandırıb ki, çiy yumurtanın venadaxii infuziyasıqeyri-adi müalicəvi xüsusiyyətlərə malikdir: hətta xərçəngə qalib gəlmək üçün istifadə edilə biləcəyi iddia edilir.


"Yumurtanın venadaxili yeridilməsi infeksiyalara, anafilaktik şoka və damarların tıxanmasına səbəb ola bilər.


Yumurta patogen mikroorqanizmlərin mənbəyi kimivenadaxili yeridərkən insanda sepsisə səbəb ola bilər. Yumurta ağları qan dövranına daxil olduqda, anafilaktik şok da daxil olmaqla ağır allergik reaksiya riski artır.


Öz növbəsində, yumurtanın sarısı və digər komponentləri qana nüfuz edərək, qan damarlarının tıxanmasına səbəb ola bilər.


Heç vaxt belə üsullarla təcrübə etməyin!”


Aygün Musayeva


Seçilən
16
34
medicina.az

10Mənbələr