1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.
Goranboyda Dəliməmmədli dəmiryol stansiyasının ərazisində qatar 76 yaşlı kişini vurub.
Bu barədə məlumatı Oxu.Az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımov təsdiqləyib.
Belə ki, Dəliməmmədli şəhər sakini 1949-cu il təvəllüdlü Sabir Abdullayevi hərəkətdə olan qatar çiyin nahiyəsindən vuraraq yerə yıxıb.
Xəsarət alan yaşlı kişi Gəncədə yerləşən xəstəxanaların birinə yerləşdirilib.
Əraziyə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.