Almaniya yığmasının baş məşqçi vəzifəsi ilə bağlı müzakirələrə birdəfəlik son qoyulub.
"Football-plus.az" xəbər verir ki, buna formallığı aradan qaldıran Yulian Naqelsmann şərait yaradıb.
Bir neçə həftə əvvəl onun Almaniya Futbol İttifaqının (AFİ) rəhbərliyi ilə danışıqlarda prinsipial razılığa gəlməsi haqda məlumat yayılmışdı. 37 yaşlı baş məşqçi müddəti 2028-ci ilin yayına qədər nəzərdə tutulan yeni anlaşmaya qol çəkib. Onun əvvəlki müqaviləsinin müddəti 2026-cı ilin yayında sona çatacaqdı.
Naqelamann bundestimə 2023-cü ilin sentyabrında təyinat alıb. Komanda onun başçılığı altında keçirdiyi 6 matçda 4 qələbə qazanıb, 2 oyunu isə heç-heçə başa vurub. Gənc mütəxəssisin yığmadan əvvəl “Hoffenhaym” və “Leyptsiq”i çalışdırdığını da yada salaq.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta