AZ

"Yuventus" Xavi ilə danışıqlar aparır

İtaliya Seria A təmsilçisi "Yuventus" Xavi ilə danışıqlar aparır.

"Yuventus" rəhbərliyi "Barselona"nın sabiq baş məşqçisi Xavi və onun nümayəndəsi ilə Turin klubunda mümkün iş barədə ilkin danışıqlar aparmaq üçün əlaqə saxlayıb.

"Operativ Media" xəbər verir ki, bu haqda "L'Equipe" məlumat yayıb.

45 yaşlı ispaniyalı 2024-cü ilin iyununda "Barselona"dan ayrıldıqdan sonra komandasız qalıb. O, 2021-ci ildən kataloniyalıları çalışdırıb və 2019-2021-ci illərdə “Əl-Sədd”də işləyib.

Bu mövsüm Tiaqo Mottanın rəhbərlik etdiyi "Yuventus" 8 dəfə qalib gəlib, 13 dəfə heç-heçə edərək A seriyasında 37 xal toplayıb. Komanda turnir cədvəlində 5-ci yerdədir.

Seçilən
25
6
operativmedia.az

7Mənbələr