AZ

Trampın Ağ Evdə qəbul edəcəyi ilk lider o olacaq?

İsrailin baş naziri Benyamin Netanyahu gələn həftə ABŞ prezidenti Donald Trampla Vaşinqtonda görüşməyə ümid edir.

Publika.az "Avropa həqiqətləri"ə istinadən xəbər verir ki, bu barədə adı açıqlanmayan ABŞ rəsmiləri məlumat verib.

Bildirilir ki, səfər bu müddət ərzində baş tutsa, Netanyahu keçən həftə inauqurasiyadan sonra Ağ Evdə Trampla görüşən ilk xarici lider ola bilər.

Mənbələrin bildirdiyinə görə, Trampın Yaxın Şərq üzrə nümayəndəsi Stiv Uitkoff bu həftə Netanyahu və bu ölkənin digər rəsmi şəxsləri ilə danışıqlar aparmaq üçün İsrailə səfər edəcək.

Uitkoff qeyd edib ki, İsrail və HƏMAS arasında atəşkəs razılaşmasına diqqəti davam etdirmək üçün çərşənbə günü İsrailə səfər edir.

ABŞ rəsmiləri bildiriblər ki, Uitkoff xüsusilə HƏMAS-ın girovluğunda olan amerikalıların və başqalarının azad edilməsində, həmçinin Livanda İsrail və "Hizbullah" arasında atəşkəsi dəstəkləməkdə maraqlıdır.

Seçilən
23
2
publika.az

10Mənbələr