"Qarabağ"ın Avropa Liqasında Liqa mərhələsinin son turundakı oyunu rumıniyalı hakimlərə tapşırılıb.
"Qarabağın"ın Avropa Liqasının Liqa mərhələsinin 8-ci turunda "Olimpiakos"a (Yunanıstan) qarşı keçirəcəyi oyunun təyinatları açıqlanıb.
"Operativ Media" xəbər verir ki, bu barədə UEFA-nın saytı məlumat yayıb.
Matç Rumıniyadan olan hakimlər briqadasına tapşırılıb.
Baş hakim Radu Petresku olacaq. FIFA referisinə Radu Qınqulyak və Mirça Mihail Qriqoriu köməklik göstərəcəklər. Dördüncü hakim funksiyasını Marçel Bırsan yerinə yetirəcək. VAR-da Katalin Popa, AVAR-da Sebastyan Kolsesku əyləşəcək.
Qeyd edək ki, yanvarın 30-da Yunanıstanda keçiriləcək "Olimpiakos" - "Qarabağ" görüşü Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.