Lənkəran-Boradigah-Masallı yolunda, Lənkəran şəhəri ərazisində baş verən yol-nəqliyyat hadisəsi nəticəsində yanvarın 28-də saat 13:30 radələrindən başlayaraq 21 nəfər Lənkəran Rayon Mərkəzi Xəstəxanasının Təcili və təxirəsalınmaz tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
Bu barədə APA-nın cənub bürosuna TƏBİB-dən bildirilib.
Bədənin müxtəlif nahiyələrinin travmaları diaqnozları qoyulan şəxslərin hər birinə zəruri tibbi xidmətlər göstərilir.
Vəziyyətlərinə müvafiq olaraq müxtəlif şöbələrə yerləşdirilirlər.
***
13.42
Lənkəranda sərnişin avtobusunun iştirakı ilə yol qəzası baş verib.
APA-nın cənub bürosu xəbər verir ki, qəza Lənkəran-Boradigah-Masallı yolunda, Lənkəran şəhəri ərazisində qeydə alınıb.
Sərnişin avtobusu "VAZ-2107" markalı avtomobilin üstünə aşıb. Qəza nəticəsində xəsarət alanların olduğu bildirilir.
![Lənkəranda](https://apa.az/storage/news/2025/january/28/small/6798a7b56e01a6798a7b56e01b17380576536798a7b56e0176798a7b56e019.jpg)
![Lənkəranda](https://apa.az/storage/news/2025/january/28/small/6798a7b576dea6798a7b576deb17380576536798a7b576de86798a7b576de9.jpg)
![Lənkəranda](https://apa.az/storage/news/2025/january/28/small/6798a7b58085c6798a7b58085d17380576536798a7b58085a6798a7b58085b.jpg)