AZ

Stomatoloji kabinetlərdə diş çəkilməsi qadağan edilib

CƏRRAHİ MÜDAXİLƏ LİSENZİYALI İCAZƏSİ OLANLAR TƏRƏFİNDƏN İCRA EDİLƏ BİLƏR
Sosial şəbəkə və mətbuatda yayılan iddialara görə, stomatoloji kabinetlərdə diş çəkilməsi qadağan edilib. İddialara görə, diş çəkilməsi ancaq cərrahiyyə otağı olan tibb mərkəzlərində mümkündür.
Məsələ ilə bağlı Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzindən bildirilib ki, Nazirlər Kabinetinin 15 may 2017-ci il tarixli Qərarı ilə təsdiq olunmuş “Özəl tibb fəaliyyəti üzrə lisenziyalaşdırılan xidmətlərin və işlərin Siyahısı”nda “stomatoloji” iş üzrə tibbi xidmətlin göstərilməsi sanitariya-gigiyena tələblərinə riayət olunmaqla tibbin bir sahəsi olaraq, tibbi praktiki fəaliyyət zamanı diş problemləri, onların müayinə, müalicə, korreksiya və profilaktikasına yönəlmiş, ağız boşluğundakı dişlərə müdaxilə ilə müşayiət olunan müxtəlif kompleks prosedurları nəzərdə tutur.
Cərrahi stomatoloji iş üzrə lisenziya icazəsi olmayan şəxslər dişlərin çəkilməsi, ağız boşluğuna uyğun implantların yeridilməsi kimi əməliyyatları icra edə bilməz.
Vətəndaşlara bir daha xatırladırıq ki, özəl tibb müəssisələrində və aptek təşkilatlarında üzləşdikləri hər hansı problemlə bağlı Analitik Ekspertiza Mərkəzinin “bir pəncərə” sistemi, “qaynar xətt”i (012 596 05 20), [email protected] elektron ünvanı və ya pharma.az saytının MÜRACİƏT bölməsi vasitəsi ilə bizə müraciət edə bilər. Bu halda araşdırılma aparılır və lazım gələrsə, plandankənar yoxlama aparılması barədə qərar qəbul edilir”.

Seçilən
12
15
medicalmedia.az

10Mənbələr