AZ

Türkiyə şirkəti Azərbaycan bazarını tərk edir

"İndra Turkey Teknolojileri Çözümleri Ticaret Anonim Şirketi"nin Azərbaycan Respublikasındakı filialı ləğv edilir.

Trend-in əldə etdiyi məlumata görə, bu barədə şirkət özü elan edib.

Bildirilib ki, kreditorlar iki ay ərzində tələblərini AZ1010 Bakı şəhəri, Səbail rayonu, Nizami küçəsi, ev 96E, mənzil 2-ci mərtəbə Dentons Europe ünvanına bildirə bilərlər.

Qeyd edək ki, sözügedən şirkət 2015-ci ildə Azərbaycanda dövlət qeydiyyatına alınıb. Onun qanuni təmsilçisi isə Brovtsin Qoriaşko Sergey adlı şəxsdir.

Milli.Az

Seçilən
9
2
milli.az

7Mənbələr