AZ

Ukraynanın müdafiə naziri korrupsiyada ittiham edildi- Rustem Umerova cinayət işi açıldı...

Image

Ukraynanın müdafiə naziri vəzifə səlahiyyətlərindən sui-istifadədə şübhəli bilinir. Ukraynanın Milli Antikorrupsiya Bürosunun məlumatına görə, “Korrupsiyaya Qarşı Mübarizə Mərkəzi”nin bəyanatı əsasında Rustem Umerova qarşı cinayət işi açılıb.

Umerov səlahiyyətlərindən və ya qulluq mövqeyindən sui-istifadədə şübhəli bilinir. Bu maddə üç ildən altı ilədək müddətə azadlıqdan məhrum etməni nəzərdə tutur.

Ukrayna KİV-i yazır ki, Ukraynanın müdafiə naziri Müdafiə Satınalmaları Agentliyinin direktoru Marina Bezrukovanın əmək müqaviləsini uzatmaqdan qeyri-qanuni imtina edib, Marina Bezrukova Umerovu ordunun təchizatındakı problemlərdə günahlandırırdı. Həmçinin, Umerov Bezrukovanın əmək müqaviləsinin uzadılmasını dəstəkləyən müşahidə şurasının iki üzvünü də vəzifəsindən azad edib.

Müdafiə Satınalmaları Agentliyində bu strukturları kənar təzyiqdən qorumaq üçün NATO-nun tövsiyəsi ilə müşahidə şuraları yaradılıb.

Bundan əvvəl Ali Radanın deputatı Anastasiya Radina Ukraynanın müdafiə nazirini istefaya çağırmışdı. Onun sözlərinə əsasən, Umerov “ukraynalıların müdafiə qurumuna inamını məhv edir”.

Xatırladaq ki, dekabrın əvvəlində Ali Rada Umerovun qanunverici orqana çağırılmasını dəstəkləyib və bu, “Ukroboronporom” tərəfindən istehsal edilmiş keyfiyyətsiz minalar aınlması ilə bağlı ittihamlarla əlaqəli olub.

Rustam Umerov 2023-cü ilin sentyabrından Ukraynanın müdafiə naziri vəzifəsini tutur. O, bu vəzifədə Aleksey Reznikovu əvəz etdi. Reznikovun istefasının səbəblərindən biri olaraq ordu üçün dövlət satınalmaları ilə bağlı korrupsiya qalmaqalları göstərildi.

TAHİR





Seçilən
6
3
baki-xeber.com

10Mənbələr