AZ

TƏBİB-dən İsmayıllıda ölən körpə ilə bağlıAÇIQLAMA



"İsmayıllıda doğuş zamanı körpə ölümü ilə bağlı yayılan məlumat həqiqəti əks etdirmir".

"Medicina" xəbər verir ki, bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) bildirilib.

Yanvarın 23-də İsmayıllı rayon sakini 29 yaşlı N.Həkimova hamiləliyin 39-cu həftəsində doğum sancıları ilə İsmayıllı Rayon Mərkəzi Xəstəxanasının Doğum və ginekologiya şöbəsinə müraciət edib:

"Doğuş zamanı çəkisi 4000 qram, boyu 52 santimetr olan oğlan uşağı dünyaya gəlib.

Doğuş zamanı və doğuşdan sonra uşağın səhhətində hər hansı bir problem qeydə alınmayıb. Lakin yanvarın 24-də yenidoğulmuşda gözlənilmədən klinik vəziyyətin ağırlaşması baş verib. Aparılan reanimasiya tədbirlərinə baxmayaraq, körpənin həyatını xilas etmək mümkün olmayıb".



Seçilən
5
8
medicina.az

10Mənbələr