AZ

Rusiya Azərbaycanla münasibətlərində heç vaxt səmimi ola bilməz - ÖZƏL

"Azərbaycana məxsus sərnişin təyyarəsinun vurulmasından Rusiya Azərbaycan münasibətlərinin korlanmasında istifadə cəhdləri var və bu daha çox Rusiya tərəfindən gəlir". "Olaylar" xəbər verir ki, bunu siyasi şərehçi Vüqar Dadaşov deyib: "Əlbəttə ki, Qərb də bunda maraqlıdır. Bəllidir ki, Qərb - Rusiya qarşıdurması fonunda rəsmi Moskva Azərbaycanla münasubətinin zədələnməsində maraqlı ola bilməz, həmçinin Türkiyə ilə də. Rusiya üçün müharibə, beynəlxalq siyasi təzyiq, ağır iqtisadi sanksiyalar dönəmində Türkiyə və Azərbaycan faktiki nəfəslik rolundadır. Artıq heç şübhə yoxdur ki, Rusiya Azərbaycana məxsus Bakı - Qroznı reysi üzrə uçan sərnişin təyyarəsini vurub, vurandan sonra izi itirmək üçün də cəhdlər göstərib. Bəllidir ki, Rusiya da eynilə İran kimi, Azərbaycanla münasibətlərində heç vaxt səmimi ola bilməz. Ancaq, indiki vəziyyətində müəyyən vaxta qədər Azərbaycan və Türkiyə ilə münasibətlərini qorumaq məcburiyətindədir. Ancaq elə Rusiyanın daxilində elə qüvvələr var ki, Azərbaycana məxsus sərnişin təyyarəsinin Rusiyada vurulmasına görə, Azərbaycan prezidenti İlham Əliyevin beynəlxalq hüquqa əsaslanan qanuni və ədalətli tələbini  Rusiyaya qarşı hücum kimi təqdim etməyə çalışır. Azərbaycanı təhdid və təhqir edir. Azərbaycanı Rusiya təzyiqdə ittiham etmək ən azı ədalətsizlikdir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
10
50
olaylar.az

10Mənbələr