AZ

İordan çayının qərb sahilində gərginlik böyüyür - Həbslər var

İsrail ordusu işğal altındakı İordan çayının qərb sahilində yeni həbslər həyata keçirib.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə Fələstinli Əsirlərlə İş üzrə Təşkilat açıqlama yayıb.

Bildirilib ki, İsrail əsgərləri İordan çayının qərb sahilindəki Hebron, Beytullah, Cenin, Nablus və Tulkərim şəhərləri ilə yanaşı, Şərqi Qüdsün işğal altında olan məhəllələrinə basqınlar həyata keçirib.: "Bu zaman onlar əsas olmadan ümumilikdə 25 fələstinlini həbs ediblər".

Tahir Şəlvəli
MİA.AZ

Seçilən
2
18
mia.az

10Mənbələr