AZ

Hesablama Palatası ötən il 52 milyon manatlıq maliyyə pozuntusunu aradan qaldırıb

2024-cü ildə Hesablama Palatasının həyata keçirdiyi auditlər nəticəsində ümumilikdə 51,7 milyon manatlıq maliyyə pozuntusunu aradan qaldırılıb.

Bunu Palatanın sədri Vüqar Gülməmmədov bildirib.

Onun sözlərinə görə, maliyyə pozuntuları əsasən dövlət vəsaitlərinin idarə olunmasında yol verilmiş nöqsanlarla bağlı olub: "Aşkarlanmış pozuntuların bir hissəsi düzgün maliyyə uçotu və nəzarət mexanizmlərinin tətbiq edilməməsi səbəbindən baş verib. Bununla əlaqədar müvafiq qurumlara təkliflər təqdim edilib və həmin pozuntuların aradan qaldırılması istiqamətində operativ tədbirlər həyata keçirilib".

Bundan başqa, sədr qeyd edib ki, Palata ötən il hüquq-mühafizə orqanlarına 8 material təqdim edərək daha ciddi hüquqi tədbirlərin görülməsi üçün prosesə hüquqi çərçivədə dəstək verib.

"Görülən tədbirlər dövlət maliyyəsinin daha şəffaf və səmərəli idarə olunmasına töhfə verir. Eyni zamanda, pozuntuların qarşısının alınması üçün auditin nəticələri ilə bağlı parlamentə hesabat təqdim olunub. Hesabatda auditin nəticələrinin izlənilməsi, şəffaflığın artırılması və gələcəkdə belə halların təkrarlanmasının qarşısını almaq üçün konkret mexanizmlərin tətbiqi tövsiyə edilib", - deyə V.Gülməmmədov vurğulayıb.

Seçilən
14
10
aznews.az

10Mənbələr