AZ

Nazir: "Şəhər mərkəzinə taksi ilə səfərlərin sayı kəskin azalıb"

“Analoji islahatlar taksi xidməti üzrə də həyata keçirilmişdir. İslahatlardan öncə xidmət keyfiyyəti və təhlükəsizliklə bağlı ictimaiyyətdə haqlı narazılıqlar mövcud idi”.

FED.az xəbər verir ki, bunu nəqliyyat məsələlərinə həsr olunmuş müşavirədə rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev deyib.

O bildirib ki, islahatlar nəticəsində taksilərin sayı 67 mindən 30 minə, taksilərin orta yaşı isə 15-dən 8-ə endirilib: “Ən başlıcası isə şəhər mərkəzinə doğru sıxlıq yaradan qısa məsafəyə səfərlərin sayı kəskin azalmışdır, təxminən 32 faiz. Avtomobil yönümlü şəhərlərin insan yönümlü şəhərlərə keçidi məqsədilə atılan digər mühüm addım parklar və yaşıl dəhlizlərin yaradılması ilə bağlıdır. Xaqani bağının ərazisi yan yollar hesabına genişləndirilmiş, metronun “28 May” stansiyası ətrafında isə park konseptli hab yaradılmışdır. İçərişəhərə və Əziz Əliyev küçəsinə giriş məhdudlaşdırılıb”.

Nazirin sözlərinə görə, eyni zamanda, gündəlik xəttə çıxan avtobus sayı 1750-dən 2160-a qədər artırılıb: “Bu islahatların məntiqi nəticəsi kimi əhali arasında avtobuslara inam artmış, islahatlar başladığı zamanla müqayisədə Bakı və şəhərətrafı ərazilərdə daşımalar 41 milyon və yaxud 9 faiz artıb.

Seçilən
20
6
fed.az

10Mənbələr