AZ

Salyanda ağır qəza – Ölənlər və xəsarət alanlar var

Salyanda yol qəzası baş verib.

Heftelik.az-ın APA-ya istinadən verdiyi məlumata görə, hadisə Salyan rayonunun Şorsulu kəndində qeydə alınıb.

“VAZ” markalı avtomobillərin toqquşması nəticəsində  3 saylı Sabirabad Regional Meşə Təsərrüfatı Mərkəzinin Biləsuvar rayonu üzrə nümayəndəsi (meşəbəyi) Mübaşir Qurbanov və Mərkəzin digər əməkdaşı Şorsulu kənd sakini, Mustafa Əhmədov hadisə yerində ölüb.

Müxtəlif dərəcəli bədən xəsarətləri almış  Quliyev Cəlal Ceyhun oğlu və Zeynalov Samid Eldəniz oğlu isə Salyan Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Seçilən
17
3
heftelik.az

10Mənbələr