Bakı. Trend:
Avropa İttifaqının sanskiyalar siyahısına düşmüş tankerlərinsayı 79-a çatıb.
Trend xariciKİV-lərə istinadən xəbər verir ki, bunu Avropa Komissiyasınınnümayəndəsi Markus Lammert bildirib.
Onun sözlərinə görə, Ukraynadakı münaqişəyə görə Rusiyaya qarşı15 sanksiyalar paketi çərçivəsində, başlıca olaraq neft və metandaşıyan 79 gəmiyə qarşı məhdudlaşdırıcı ölçülər tətbiq olunub.
Rəsmi Brüssel həmin gəmiləri Rusiyanın “kölgə donanması”kateqoriyasına daxil edib.
Xatırladaq ki, dekabrın 16-da Avropa İttifaqı Rusiyaya qarşısayca 15-ci sanksiyalar paketini təsdiq edib. Aİ Şurasınınbəyanatında qeyd olunur ki, “iqtisadi və fərdi məhdudlaşdırıcıölçülər” Rusiyanın Ukraynadakı hərbi əməliyyatları ilə əlaqədarolub. Son sanksiyalara tanımış rusiyalı jurnalist Tina Kandelaki vədaha 15 rusiyalının adları salınıb.