AZ

Terror barədə yalan məlumat verən qadın saxlanılıb



Qazaxıstanda polis bölməsinə partlayıcı qurğu yerləşdirməyə çalışan qadın saxlanılıb.

Newscenter.az "Sputnik Qazaxıstan"a istinadən bildirir ki, hadisə Ust-Kamenoqorskda qeydə alınıb. Belə ki, sərxoş qadın polis bölməsinə partlayıcı yerləşdirdiyi barədə yalan məlumat verdikdən sonra saxlanılıb.

Belə ki, “102” telefon xəttinə rayon mərkəzindəki polis bölmələrindən birinə partlayıcı qurğu qoyulması barədə məlumat daxil olub. Hüquq-mühafizə orqanlarının əməkdaşları ixtisaslaşmış itlərlə birlikdə binada hərtərəfli axtarış aparıblar, lakin heç bir partlayıcı və digər şübhəli əşyalar aşkar edilməyib. Polis zəng edənin şəxsiyyətini müəyyənləşdirib. Onun 32 yaşlı şəhər sakini olduğu üzə çıxıb.

Qadın zəng edən zaman polis idarəsinin yaxınlığında olub və tibbi rəyə görə, sərxoş imiş.

Saxlanılan qadına qarşı Qazaxıstan Respublikası Cinayət Məcəlləsinin 273-cü (Terror aktı barədə açıq-aşkar yalan məlumat vermə) maddəsi ilə cinayət işi başlanıb.

Mehman Mehdiyev
Seçilən
16
50
newscenter.az

10Mənbələr