AZ

Son zamanlar çoxalan tibb təhsili kurslarının sertifikatları nə işə yarayır? VİDEO

Son vaxtlar tibb təhsili verən kursların sayı artıb.

Xezerxeber.az xəbər verir ki, hətta bu barədə sosial şəbəkələrdə də elanlar verilir.

Tibbi ekspert Rasif Bağırov deyir ki, sözügedən kurslarda praktika keçən şəxslər peşəkar tibbi fəaliyyət göstərə bilməz. Kurslarda əldə edilən səthi biliklər ciddi tibbi prosedurları düzgün yerinə yetirmək üçün kifayət etmir. Bu isə insan həyatına təhlükə yarada bilər.

Təhsil ekspertləri isə bildirirlər ki, bir çox kurslar yalnız özəl sertifikat təqdim edir, amma bu sənədlər nə yerli, nə də beynəlxalq səviyyədə peşəkar fəaliyyət üçün keçərli sayılmır. Yəni tibb sahəsində fəaliyyət göstərmək üçün rəsmi olaraq ali tibbi təhsil almaq və müvafiq diplom əldə etmək lazımdır. Kursların təqdim etdiyi sertifikatlar isə qanuni olaraq tibbi xidmət göstərmək hüququ vermir.

Məsələ ilə bağlı Səhiyyə Nazirliyindən “XəzərXəbər”ə bildirildi ki, "əhalinin sağlamlığının qorunması haqqında" Azərbaycan Respublikası Qanununun 46-cı maddəsinə əsasən ali və ya orta ixtisas tibb müəssisələrində təhsil almış şəxslər, müvafiq diploma, yaxud xüsusi rütbəyə malik olan mütəxəssislər qanunvericiliklə müəyyən edilən qaydada tibb və əczaçılıq fəaliyyəti ilə məşğul olmaq hüququna malikdirlər. Orta ixtisas tibb təhsili dövlət tibb kolleclərində həyata keçirilir. Tibb kurslarının təşkil edildiyi müəssisələr orta ixtisas tibb təhsili müəssisəsi olmadığı üçün həmin müəssisələr tərəfindən verilən sənədlər əsasında orta tibb işçisi vəzifəsində fəaliyyətə icazə verilməsi qanunvericilikdə nəzərdə tutulmayıb.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir. 

Seçilən
9
16
xezerxeber.az

10Mənbələr