AZ

Alimlər yaşamaq üçün potensial super Yer tapıblar

Yerdən 20 işıq ili uzaqlıqda ekzoplanet kəşf edilib.

Demokrat.az
xəbər verir ki, planeti Cenevrə Universitetinin isveçrəli alimləri kəşf ediblər. Yeni HD 20794 d ekzoplaneti dünya ulduzun yaşayış zonasında yerləşir. Bu da həyatı dəstəkləmək üçün şəraitin olması şansından xəbər verir. 

Müşahidələr göstərib ki, HD 20794 d planetimizdən 19,7 işıq ili uzaqlıqda yerləşir. Bu da Kainat miqyasında yaxın qonşuluq sayıla bilər.

HD 20794 d Yerdən təxminən altı dəfə böyük olan super Yerdir. Ulduzla planet arasındakı məsafə onun səthində maye suyun mövcud olmasına şərait yaradır. HD 20794 d-də su varsa, planet ulduz ətrafında fırlanan kimi buz vəziyyətindən həyat üçün əlverişli maye vəziyyətə keçəcək.


Əfsanə Kamal
Demokrat.az


Seçilən
7
3
demokrat.az

5Mənbələr