AZ

Xavi İtaliya nəhənginə keçə bilər

"Barselona"nın sabiq baş məşqçisi Xavi Ernandes İtaliya A Seriyasında çalışa bilər.

Fanat.Az xəbər verir ki, bu barədə "Lequipe" informasiya yayıb. 

Mənbənin məlumatına görə, 45 yaşlı ispan mütəxəssis "Yuventus"a keçə bilər. Onun Turin klubunun rəhbərliyi ilə ilkin danışıqlar apardığı bildirilir. 

"Yuventus" Tiaqo Mottanın rəhbərliyi altında İtaliya çempionatının turnir cədvəlində beşinci yeri tutur ki, rəhbərlik bu nəticələrdən narazıdır.

Xavi ötən yay “Barselona”dan ayrılıb və hazırda işsizdir. 

Xatırladaq ki, ispaniyalı mütəxəssisin adı bir müddət əvvəl "Milan"la hallandırılırdı.

Mirağa

Seçilən
9
6
fanat.az

7Mənbələr