AZ

Ağ ev federal qrant və kreditləri müvəqqəti dayandırıb

Vaşinqton, 28 yanvar, AZƏRTAC

Ağ ev bütün federal qrantlar və kreditlərə fasilə verilməsini əmr edib.

AZƏRTAC-ın CNN-ə istinadən verdiyi məlumata görə, Ağ evin İdarəetmə və büdcə ofisi bununla bağlı memorandum qəbul edib. Sənədə əsasən federal agentliklər bütün federal maliyyə yardımının ödənilməsi və digər öhdəliklərlə bağlı fəaliyyətləri müvəqqəti olaraq dayandırmalıdır. Fasilə həm də yeni qrantların verilməsinə də şamil ediləcək.

Bildirilir ki, qərar milyonlarla amerikalıya təsir edən dövlət proqramlarını dayandırmağı nəzərdə tutur və bu, hökumət xərclərinə təsir edə bilər.

Memorandum sosial təminat və ya ödənişsiz tibbi sığortaya təsir etməyəcək.

Məlahət Nəcəfova

AZƏRTAC-ın xüsusi müxbiri

Vaşinqton

 

Seçilən
4
2
azertag.az

9Mənbələr