AZ

"Qəbələ"nin futbolçusu əməliyyat olundu - Nə vaxt oynaya biləcək?

“Qəbələ”nin futbolçusu Salman Ələsgərov əməliyyat olunub. 

Fanat.Az xəbər verir ki, bu barədə I Liqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

23 yaşlı yarımmüdafiəçi 2-ci tip aksesuar navikulyar sümüyün ayrılması və tibialis posterior vətərinin ana navikulyar sümüyə tenodezi ilə bağlı cərrahi müdaxiləyə məruz qalıb.

Ələsgərovun “Liv Bona Dea Hospital”da gerçəkləşən əməliyyatı uğurlu keçib. Futbolçunun ayağı 1 ay gipsdə qalacaq. Ardınca 3 aya qədər gücləndirmə məşqləri keçəcək Salman bundan sonra meydanda hazırlığa start verəcək. Bu o deməkdir ki, futbolçu üçün mövsüm erkən bitib.

Qeyd edək ki, Ələsgərov cari mövsümdə I Liqada keçirdiyi 5 oyunda 1 qol vurub. 

Seçilən
6
8
fanat.az

10Mənbələr