Qozda A, E və B vitaminləri, həmçinin dəmir, sink, mis və maqnezium kimi minerallar mövcuddur. Günün istənilən vaxtı yeyilən qoz orqanizm üçün güc mənbəyidir. Amma, acqarına qoz yeməyin faydaları daha çoxdur.
1. Enerji verir: Qozda olan sağlam vitaminlər və minerallar bədənimizi gün ərzində ehtiyac duyduğu qidalarla təmin edir. Buna görə də səhər acqarına 3 qoz yemək gün ərzində yorğunluğu aradan qaldırır.
2. Həzmi tənzimləyir: Qoz çox yüksək lif tərkibli qidadır. Bu, bağırsaqlarda hərəkətliliyi artıraraq həzmi tənzimləməyə kömək edir. Xüsusilə, qəbizliyin qarşısını alan qoz mədə turşusunu da tarazlayır.
3. Sinir sistemini yaxşılaşdırır: Qozun tərkibindəki maqnezium sinir sistemini tənzimləməyə kömək edir. Beyin funksiyalarının yaxşılaşmasına töhfə verən qoz sümük sağlamlığını da dəstəkləyir. Bir sözlə, qozun orqanizmin inkişafında çox böyük və əvəzedilməz rolu var.
Z.HÜSEYNLİ
XQ