Coca-Cola bəzi Avropa ölkələrində satışa çıxarılan və tərkibində yüksək miqdarda xlorat aşkarlanan içkilərini geri çağırmaq qərarına gəlib.
Medicina.az xəbər verir ki, Belçika Qida Zəncirinin Təhlükəsizliyi üzrə Federal Agentliyi (FASFC) Coca-Cola Europacific Partners Belgium tərəfindən istehsal olunan bir neçə içkidə həddindən artıq miqdarda xloratın aşkar edildiyini açıqlayıb.
Bu səbəbdən istehsal kodu 328 GE-338 GE olan “Coca-Cola”, “Fanta”, “Sprite”, “Fuse Tea”, “Nalu”, “Minute Maid”, “Tropico” və “Royal Bliss” brendlərinə məxsus qutularda və şüşə butulkalarda içkilər yığılmağa başlanıb.
Bildirilib ki, Belçikanın Gent şəhərindəki müəssisələrdə istehsal olunan bu məhsullar təkcə Belçikaya deyil, Hollandiya, İngiltərə, Almaniya, Fransa və Lüksemburqa da göndərilib.
XLORAT NƏDİR?
Xlorat suyun təmizlənməsi və qida emalı proseslərində xlor əsaslı dezinfeksiyaedici maddələrin istifadəsi nəticəsində əmələ gəlir. Çox miqdarda istehlak edildikdə sağlamlığa zərərli təsir göstərə bilər.
Aygün
Medicina.az