Bu gün Azərbaycanda bələdiyyə seçkiləri keçiriləcək.
118 seçki dairəsi üzrə 685 bələdiyyəyə 8071 üzv seçiləcək.
Bələdiyyə seçkilərində adları seçki bülletenlərinə daxil edilən namizədlərin sayı 16092 nəfərdir. 16092 namizədin 8424-ü 23 siyasi partiya tərəfindən irəli sürülüb. Partiya mənsubiyyətinə gəlincə, 16092 namizədin 8504-ü 24 siyasi partiyanın mənsublarıdır. Seçkilərdə 7588 bitərəf namizəd mübarizə aparacaq.
Bələdiyyə seçkilərində səsvermə hüququ olan 5 961 987 seçici 5846 seçki məntəqəsində səs verə biləcək. Bunlardan 5734-ü daimi, 112-si müvəqqəti seçki məntəqələrdir. 1000 seçki məntəqəsində veb-kamera quraşdırılıb.
Bələdiyyə seçkilərində Mərkəzi Seçki Komissiyası və dairə seçki komissiyalarında ümumilikdə 70625 müşahidəçi akkreditasiyadan keçib. Müşahidəçilərdən 26260-ı 24 siyasi partiya tərəfindən təqdim olunan müşahidəçilərdir.
Seçki Məcəlləsinin tələbinə əsasən, bələdiyyə seçkilərində səsvermə ilə əlaqədar bu geyri-iş günü olacaq.