AZ

"ABŞ-a qanunsuz gələn hər kəs cinayətkar sayılacaq" - Ağ Evdən SƏRT QƏRAR

ABŞ-yə qeyri-qanuni yollarla daxil olan hər kəs cinayətkar hesab olunacaq.

Bunu Ağ Evin sözçüsü Kerolayn Livitt bildirib.

Livitt mətbuat konfransında ABŞ prezidenti Donald Trampın immiqrasiya siyasəti ilə bağlı açıqlamalar verib.

Livitt qeyri-qanuni immiqrasiya ilə mübarizə ilə bağlı xüsusilə sərt mesajlar verərək ABŞ-a qanunsuz daxil olan hər kəsin cinayətkar sayılacağını bildirib.

O, Tramp administrasiyasının sərhəd təhlükəsizliyini gücləndirmək üçün bütün federal qurumlarla işlədiyini və sərhəd divarının tikintisinin tamamlanma prosesinin sürətləndirildiyini deyib.

Seçilən
20
38
turkustan.az

10Mənbələr