Bakı. Trend:
Dünya Bankı Qrupunun (DBQ) Direktorlar Şurası bugün Azərbaycanlayeni Ölkə Tərəfdaşlıq Çərçivəsini (ÖTÇ) müzakirə etmişdir. ÖTÇnövbəti beş ildə ölkə ilə strateji münasibətlərin istiqamətlərinimüəyyənləşdirir və Azərbaycanın daha rəqabət qabiliyyətli, dahayaşıl və inklüziv iqtisadiyyata keçidini və ölkənin qarşısındaduran əsas inkişaf çağırışlarının öhdəsindən gəlməyidəstəkləyəcək.
Dünya Bankı Qrupundan Trend-ə verilən məlumata görə, bustrategiya iki yüksək səviyyəli nəticəyə fokuslanıb: məhsuldarlığınartırılması və daha yaxşı məşğulluq və iqtisadiyyatın dayanıqlığıvə dözümlülüyünün artırılması. Məxsusən, ÖTÇ Azərbaycandaaşağıdakıları dəstəkləyəcək:
- Biznes mühitinin təkmilləşdirilməsi və daha çox və daha yaxşıməşğulluq imkanları, o cümlədən, iş yerlərinin yaradılmasına vəmikro, kiçik və orta sahibkarlığın inkişafına dəstək, davamlı vəyaşıl maliyyəyə diqqət yetirməklə maliyyə resurslarına çıxışıngenişləndirilməsi, qadın sahibkarlara və həssas qruplara dəstəkvasitəsilə inklüzivliyin təşviq olunması.
- Nəqliyyat və rəqəmsal bağlantıların gücləndirilməsi, ocümlədən, ticarət və tranzit üçün Orta Dəhlizin inkişafetdirilməsi, rəqəmsallaşdırma və rəqəmsal bağlantılarıntəkmilləşdirilməsi, süni zəka kimi yeni texnologiyaların tətbiqinintəşviq olunması.
- Bərpaolunan energetikaya keçidinsürətləndirilməsi, o cümlədən, enerjininötürülməsi infrastrukturunun güclədirilməsi, bərpaolunan energetikalayihələrinə, batareya saxlanclarına özəl investisiyaların cəlbolunması və yaşıl energetika dəhlizlərinin təşviq olunması.
- İqlim dəyişmələrinə uyğunlaşmanıngenişləndirilməsi, o cümlədən, yaşıl binalar dadaxil olmaqla iqlim dəyişmlərinin təsirinə dözümlü şəhərekosistemləri, iqlim baxımdan ağıllı kənd təsərrüfatı praktikaları,habelə özəl sektorun iştirakı da daxil olmaqla su təhlükəsizliyi vəsəmərəliliyi.
“Bu ÖTÇ Azərbaycanın daha dayanıqlı və firavan gələcəyədoğru transformasiyasını dəstəkləmək öhdəliyimizi əksetdirir”, - Dünya Bankının Azərbaycan üzrə ölkə meneceriStefanie Stallmeister demişdir. “Əminik ki, tərəfdaşlığımızAzərbaycana iqtisadi potensialını tam şəkildə reallaşdırmağa köməkedəcək”.
BYİB, IFC və MIGA arasında əməkdaşlıq ÖTÇ-nin məğzini təşkiledir. O, investisiyalar və məsləhət xidmətlərinin kombinasiyasıvasitəsilə həyata keçiriləcək. DBQ həmçinin inkişafa təsirimaksimum dərəcədə artırmaq üçün digər inkişaf tərəfdaşları və özəlsektorla sıx işləyəcək.
"IFC Azərbaycanda davamlı inkişafa sadiqdir. Bu məqsədlə o,infrastruktur, enerjiyə çıxış, yaşıl maliyyə, kənd təsərrüfatı vəsu, nəqliyyat və rəqəmsal bağlantılar kimi vacib sektorlarıgücləndirmək üçün özəl investisiyaları səfərbər edəcək. Bu səyləriqtisadi artımı, iş yerlərinin yaradılmasını və davamlılığı təşviqetmək məqsədi daşıyır”, - deyə IFC-nin Cənubi Qafqaz üzrəregional meneceri İvana Fernandes Duarte bildirib.
ÖTÇ Azərbaycanın 2022-2026-cı illər üzrə Sosial-İqtisadi İnkişafStrategiyasına və iqlim dəyişmələri, qeyri-bərabərlik və kövrəklikkimi qlobal çağırışların həllinin vacibliyini vurğulayan DünyaBankının Təkamül Yol Xəritəsinə uyğundur.
Azərbaycan Dünya Bankına 1992-ci ildə qoşulub. O vaxtdan bəriDünya Bankı ölkəni iqtisadiyyatın şaxələndirilməsi, infrastrukturuninkişafı, dövlət idarəçiliyi və sosial təkmilləşdirməyə yönəlmiş50-dən çox investisiya layihəsi vasitəsilə dəstəkləyib. Azərbaycanhəmçinin potensialın artırılması və əsas sektorlarda islahatlarınhəyata keçirilməsi üçün müxtəlif məsləhət və texniki yardımproqramlarından faydalanmışdır.
Azərbaycan 1995-ci ildə IFC-nin üzvü olub. O vaxtdan bəri IFCAzərbaycana təxminən 900 milyon ABŞ dolları sərmayə qoyub, vəmaliyyə xidmətləri, infrastruktur və istehsalat sahələrində 60-ayaxın layihəni maliyyələşdirib. O, həmçinin, biznes mühitininyaxşılaşdırılması, maliyyə sektorunun inkişafı, korporatividarəetmə, kiçik və orta sahibkarlıq və aqrobiznes sahələrindəməsləhət xidmətləri göstərib.