Bakıda 35 saylı Xətai üçüncü seçki dairəsinin 9 saylı məntəqəsində 5 nəfər ilk dəfə səs verəcək.
Bu sözləri "Report"a açıqlamasında 35 saylı Xətai üçüncü seçki dairəsinin 9 saylı məntəqəsinin sədri Afət Əkbərova deyib.
O bildirib ki, məntəqə üzrə 1434 seçici qeydiyyatdadır:
"Hazırda 50 nəfər səs verib. Məntəqədə seçici aktivliyi müşahidə olunur. Qeydiyyatda 18 yaşı yeni tamam olmuş 5 nəfər, həmçinin daha yaşlı seçicilər da var. Proses şəffaf keçirilir. Vətəndaşların rahat şəkildə səs verməsi üçün lazımı şərait yaradılıb".