AZ

MİT PKK-nın sözdə liderini zərərsizləşdirib - FOTO

Türkiyənin Milli Kəşfiyyat Təşkilatı (MİT) PKK-nın sözdə liderlərindən olan Şiraz Öməri zərərsizləşdirib.

“AzPolitika” xəbər verir ki, bu barədə Türkiyə KİV-ləri məlumat yayıb.

Məlumata görə, Öməri təşkilatın maliyyə məsələləri üzrə məsul şəxs sayılırdı.

Terrorçu aparılan izləmələrin ardından Suriyanın Rumeylan-Malikiye yolunda həyata keçirilən nöqtə əməliyyatı ilə məhv edilib.

Qeyd olunub ki, Şiraz Ömər terror təşkilatına 2012-ci ildə qoşulub. O, Rojava Katibliyi adlanan təşkilatın Suriya administrasiyasında iştirak edib. Bir müddət İraqda fəaliyyət göstərdikdən sonra Suriya ərazisinə keçub.. O, Ayn əl-Ərəb, Həsəkə və Malikiye bölgələrində sözdə məsul səviyyədə fəaliyyət göstərib.

O, bir müddət əvvəl isə təşkilatın qadın qollarının sözçüsü vəzifəsində çalışıb. 

"AzPolitika.info"

Seçilən
8
5
azpolitika.info

6Mənbələr