Səhər saatlarından etibarən ölkənin hər yerində olduğu kimi 62 saylı Kürdəmir Dairə Seçki komissiyasının əhatə etdiyi 57 məntəqədə bələdiyyə seçkilərinə start verilib.
Bizim.Media-nın Aran bürosu xəbər verir ki, artıq səhər saatlarından çəkiliş apardığımız 62 saylı Kürdəmir Dairə Seçki Komissiyasının 1,10 və 16 saylı seçki məntəqələrində seçicilərin fəallığı müşahidə olunur. Secicilər rahat şəkildə seçki məntələrinə gələrək istədikləri namizədlərə səs verərək öz seçki hüquqlarından istifadə edirlər. 1 saylı məntəqənin sədri Vüqar Nəsirovun sözlərinə görə gün ərzində məntəqədə 1453 nəfərin səs verməsi nəzərdə tutulur ki, onlardan 815 nəfər kişi 638 nəfərinin isə qadınlar təşkil edir. Məntəqədə ilk dəfə səs verən seçicilərin sayı 8 nəfər, yaşı 80-dən yuxarı olan seçicilərin sayı isə 3 nəfərdir. Qeyd edək ki, məntəqələr bütün texniki avadanlıqlarla təmin olunub, müşahidə kameraları quraşdırılıb.
Məntəqələrdə seçki başlayan andan hər hansı bir qayda pozuntusu qeydə alınmayıb. Bundan başqa 62 saylı Kürdəmir Dairə Seçki Komissiyasında gün ərzində 57 məntəqə üzrə 55811 nəfərin səs verməsi nəzərdə tutulur ki, bunlardan 247 nəfəri ilk dəfə səs verəcək seçicilərdir.
Rayonda ən yaşlı seçicinin 101 yaşı var ki, bu 30 saylı Qarasu seçki məntəqəsində qeydiyyatda olan Eyyubova Laləzar Məhəmməd qızıdır.
Hazırda bu saata olan məlumata görə seçicilərin 8563 nəfəri yəni 15,1 faizi səs vermə hüququndan istifadə ediblər. Müşahidələrimiz davam edir.
Bizim.Media, Aran bürosu
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta