Bakı. Trend:
Bakının Nəsimi və Səbail rayonlarının seçiciləri bələdiyyəseçkilərində fəallıq nümayiş etdirirlər.
Trend-inmüxbiri xəbər verir ki, 23 saylı Nəsimi-Səbail seçki dairəsinin 2saylı seçki məntəqəsində seçicilər səsvermə hüququndan istifadəetmək üçün səhər saatlarından məntəqəyə gəliblər.
Qeyd edək ki, bu gün Azərbaycan bələdiyyə seçkiləri keçirilir.Seçki məntəqələri səhər saat 08:00-da açılıb.
Bələdiyyə seçkilərində 118 seçki dairəsində 685 bələdiyyəyə 8071 üzv seçiləcək. 16 092 namizədin adı seçki bülletenlərinə daxiledilib. Səs vermək hüququna malik 5 961 987 seçicinin adı siyahıyadaxil edilib. Bələdiyyə seçkilərində MSK və dairə seçkikomissiyalarında 70 625 müşahidəçi akkreditasiyadan keçib. 1000seçki məntəqəsində veb-kameralar quraşdırılıb.
Səsvermə prosesi saat 19:00-dək davam edəcək.