AZ

21 saylı Nəsimi-Binəqədi seçki dairəsinin məntəqə sədri: "Evdə səs vermək üçün 25 müraciət qeydə alınıb"

Bələdiyyə seçkisi azad və şəffaf şəkildə davam edir, hər hansı insident qeydə alınmayıb.

"Report" xəbər verir ki, bunu 21 saylı Nəsimi-Binəqədi seçki dairəsinin 11 saylı məntəqəsinin sədri Radə İsmayılova bildirib.

Onun sözlərinə görə, seçkilərdə müşahidəçi qismində iştirak edən şəxslər üçün lazımi şərait təmin olunub: "Məntəqə üzrə 1 267 seçici qeydiyyata alınıb. Ən yaşlı seçicinin 87 yaşı var. Bu vaxta kimi məntəqəmizdə 120 nəfər səsvermə hüququndan istifadə edib. Evdə səs vermək istəyən 25 nəfərin müraciəti qeydə alınıb".

Məntəqədə müşahidəçi qismində iştirak edən Sitarə Səfərova səsvermə prosesində indiyə qədər hər hansı qanun pozuntusunun qeydə alınmadığını deyib. O, əvvəlki seçkilərdə də müşahidəçi olduğunu qeyd edib, seçicilərin yüksək fəallıq nümayiş etdirdiyini vurğulayıb: "Seçki prosesi əvvəlki seçkilərdə də olduğu kimi şəffaf keçir. Məntəqədə səsvermənin və müşahidə prosesinin rahat keçməsi üçün lazımi şərait yaradılıb".

Qeyd edək ki, səsvermə saat 19:00-a qədər davam edəcək.

Seçkilər ölkə ərazisindəki 118 seçki dairəsini əhatə edən 5 min 846 məntəqədə keçirilir. 685 bələdiyyənin 8 min 71 üzvü üçün 16 min 92 namizəd mübarizə aparır.

Mərkəzi Seçki Komissiyasının (MSK) məlumatına əsasən, bələdiyyə seçkilərində səsvermə hüququ olan 5 milyon 961 min 987 seçici var.

Seçki ilə əlaqədar bu gün ölkədə qeyri-iş günüdür.

Seçilən
1
35
report.az

10Mənbələr