İlon Mask gündə 3 milyard dollar qənaət vəd edir
Dünyanın ən varlı iş adamı İlon Maskın Hökumətin Effektivliyi Departamenti ABŞ hökumətinə gündə 3 milyard dollar qənaət vəd edir.
Reyting.az xəbər verir ki, bu barədə Hökumətin Effektivliyi Departamentinin sosial şəbəkə hesabında bildirilib.
Qeyd olunur ki, qurum artıq ABŞ hökumətinə gündə 1 milyard dollar qənaətə imkan yaradıb və bu rəqəmi gündə 3 milyard dollara çatdıra bilər: “Federal hökumət gündə təxminən 1 milyard dollar qənaət edir. Əsasən lazımsız vəzifələrdə insanların işə götürülməsini dayandırmağın, DEI-ni aradan qaldırmağın hesabına”.
V. QULİYEV